Rәcәb Tayyib Әrdoğan Türk Şurasının Zirvә toplantısında çıxış edib

Türkiyә prezidenti Rәcәb tayyib Әrdoğan Azәrbaycanın işğaldan azad etdiyi Şuşa şәhәrinә sәfәr etmәyi planlaşdırdığını deyıb.

1612239
Rәcәb Tayyib Әrdoğan Türk Şurasının Zirvә toplantısında çıxış edib

Türkiyә prezidenti Rәcәb tayyib Әrdoğan Azәrbaycanın işğaldan azad etdiyi Şuşa şәhәrinә sәfәr etmәyi planlaşdırdığını deyıb.

Bu barәdә Türkiyә prezidenti Türk Şurasının  onlayn qaydada keçirilәn qeyri-rәsmi iclasında bildirib.

Çıxışında Türk Şurasının әhәmiyyәtindәn danışan Türkiyә prezidenti deyib: ‘‘Dünyanın üz-üzә olduğu dәyişikliklәr Türk Şurası kimi tәşkilatların әhәmiyyәtini daha da artırır. Artıq şuramızı beynәlxalq tәşkilat olaraq adlandırmanın vaxtı gәlib’’.

Dağlıq Qarabağ məsələsinə toxunan Rәcәb Tayyib Әrdoğan deyib:“Əziz qardaşım cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri münasibətilə  təbrik edirəm.Dağlıq Qarabağdakı türk mirasının qorunması mәsәlәsindә Azәrbaycanın yanında olmağa davam edәcәyik.Ramazan bayramından sonra Şuşaya sәfәr etmәyi hәdәflәyirik’’.

Qıbrız mövzusuna da toxunan Türkiyә prezidenti vurğulayıb ki,illərdir məruz qaldıqları haqsızlıqların ləğv edilməsi üçün Kipr türklərinə lazımi yardımı əsirgəməyəcəyinizə inanıram.



Әlaqәli Xәbәrlәr