Türkiyə Hava Yolları 40 dollardan başlayan uçuş kampaniyasına başladı

Türkiyə Hava Yolları (THY) Mətbuat Xidmətindən verilən məlumata görə...

1609965
Türkiyə Hava Yolları 40 dollardan başlayan uçuş kampaniyasına başladı

 

  AnadoluJet başladığı kampaniya ilə İstanbul Sabiha Gökçen və Ankara Esenboğa havalimanlarından Orta Şərq və Avropanın bir çox nöqtəsinə etibarlı və komfortlu səyahətetmə fürsətini sərnişinlərinə ən uyğun qiymətlərlə təqdim edir.

  Türkiyə Hava Yolları (THY) Mətbuat Xidmətindən verilən məlumata görə, kampaniyadan faydalanmaq istəyən sərnişinlər 28-30 martda THY internet saytı və mobil tətbiqi üzərindən bilet almalıdır. Belə ki, bu tarixdə bilet alanlar sərnişinlər

  • 11 aprel - 31 mayda Şərqi Avropa və Balkanlar bölgəsindəki 6 nöqtəyə - Priştina, Saraybosna, Tiflis, Kiyev, Moskva, Bakı) 40 dollardan,
  • Orta Avropadakı 13 nöqtəyə - Amsterdam, Bazel, Berlin, Brüssel, Düsseldorf, Frankfurt, Hamburq, Hannover, Köln, Münhen, Stutqart, Viyana, Zürih 49 dollardan,
  • Şimali və Cənubi Avropada 5 nöqtəyə (London, Kopenhagen, Milan, Paris, Lion) 59 dollardan,
  • Orta Şərqdə 7 nöqtəyə (Bağdad, Barjası, Erbil, Küveyt, Urmiya, Tehran, Tel Aviv) 69 dollardan başlayan qiymətlərlə uca biləcək.

  THY-nin rəsmi internet saytı və mobil tətbiqi üzərindən alınacaq biletlərdə etibarlı olan kampaniya ilə əlaqədar ətraflı məlumatı 0850 333 2 538 nömrəli çağırış mərkəzindən və ya anadolujet.com ünvanından əldə etmək mümkündür.



Әlaqәli Xәbәrlәr