Mövlud Çavuşoğlu çinli həmkarı ilə görüşüb

Çinin xarici işlər naziri Türkiyədə səfərdədir.

1608277
Mövlud Çavuşoğlu çinli həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Türkiyəyə rəsmi səfər edən Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb. 

Məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub. Tərəflər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, Vanq Yi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək. 



Әlaqәli Xәbәrlәr