Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub

Milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

1608567
Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub

Milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Nazir Akar media nümayəndələrinə açıqlamasında bildirib ki, telefon söhbəti zamanı Suriyadakı qanun pozuntuları müzakirə edildi. Oradakı terror qruplarının qısa müddətdə nəzarət altına alınması və onlara qarşı bir sıra mübarizə tədbirlərinin qüvvəyə minməsinin zəruriliyi ifadə edilib.

Hulusi Akar bununla bağlı rusiyalı həmkarı ilə həmfikir olduqlarını da bildirib.

Nazir Akar açıqlamasında ayrıca, Suriyadakı hər növ təcavüzə lazım olan cavabın verildiyini və cari il martın 1-dən indiyədək, əsasən Suriyanın şimalı olmaqla İraqın şimalı ilə birlikdə 220-dən çox terrorçunun zərərsizləşdirildiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr