R.T.Әrdoğan partiyasının VII qurultayında әhәmiyyәtli bәyanatlar verib

Әdalәt vә İnkişaf Partiyasının sәdri vә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan partiyasının paytaxt Ankarada tәşkil edilәn VII fövqәladә qurultayında iştirak edib.

1607664
R.T.Әrdoğan partiyasının VII qurultayında әhәmiyyәtli bәyanatlar verib

 

Әdalәt vә İnkişaf Partiyasının sәdri vә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan partiyasının paytaxt Ankarada tәşkil edilәn VII fövqәladә qurultayında iştirak edib.

Konqresdә çıxış edәn Türkiyә prezidenti qarşıdakı dövrdә dostların sayını artırıb Türkiyәnin yer aldığı bölgәni dincliyin hakim olduğu adaya  çevirmәk mәsәlәsindә qәtiyyәtli olduqlarını deyib.

‘‘Suriya hәqiqәtәn suriyalıların idarә etdiyi yer olanadәk sәylәrimizi davam etdirәcәyik’’ deyәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Suriya xalqının yanında olmağa davam edәcәklәrini bildirib.

Rәcәb Tayyib Әrdoğan Türkiyәnin tәmin etdiyi dәstәk sayәsindә bu gün Liviyanın yenidәn gәlәcәyinә ümidlә baxa bildiyini vә  demokratik proseslәri davam etdirә bildiyini dilә gәtirib.

Amerika Birlәşmiş Dövlәtlәrdәn Rusiyaya, Avropa ittifaqından әrәb coğrafiyasınadәk bütün ölkәlәrlә әlaqәlәri Türkiyәnin maraqları vә xalqın gözlәntilәri çәrçivәsindә formalaşdırmağı davam etdirәcәklәrini bildirәn Rәcәb Tayyib Әrdoğan hәmçinin vurğulayıb ki, Afrika, Asiya vә Avropanın mәrkәzindә yer alan bir ölkә olaraq nә şәrqә, nә dә qәrbә arxamızı dönә bilmәrik.

Ərdoğan çıxışında Qarabağdan da danışaraq deyib ki, otuz il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalı zamanı törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı.Üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsə də, 30 il ərzində problemi yalnız daha qarışıq vəziyyətə gətirməkdən başqa heç bir iş görmədilər. Azərbaycanlı qardaşlarımız bu müddət ərzində hər zaman münaqişənin dialoq və qarşılıqlı anlaşma ilə həlli üçün səy göstərdilər. Buna baxmayaraq Ermənistan tərəfi zaman-zaman təxribatları davam etdirmiş, dialoq yollarını bağlayan tərəf olmuşdur.

Ötən ilin son aylarında Ermənistan ordusu yenidən Azərbaycana hücum etdi. Belə olan halda Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında dayandıq. Türkiyənin dəstəyi, Azərbaycan ordusunun qəhrəmalığı və dastanlara yazılacaq mübarizəsi ilə bu murdar işğala son qoyuldu. Türkiyə və Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar əsasında başa çatdırılması üçün prosesi yaxından izləməkdə davam edəcəyik.

 



Әlaqәli Xәbәrlәr