Hulusi Akar ‘‘Handelsblatt’’ qәzetinә müsahibә verib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Almaniyanın ‘‘Handelsblatt’’ qәzetinә müsahibә verib.

1607747
Hulusi Akar ‘‘Handelsblatt’’ qәzetinә müsahibә verib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Almaniyanın ‘‘Handelsblatt’’ qәzetinә müsahibә verib.

Hulusi Akar müsahibә zamanı son dövrdә başda kansler Angela Merkel olmaqla Almaniyanın Şәrqi Aralıq dәnizi mәsәlәsindә verdiyi  müsbәt vә konstruktiv töhfәlәrini alqışladıqlarını ifadә edib. Hulusi Akar bildirib ki, Şәrqi Aralıq dәnizini әmәkdaşlıq hövzәsinә çevirmәk hәr kәs üçün faydalı olacaq.

Yunanıstanın hava mәkanının 10 mil olduğunu iddia etmәsini tәnqid edәn Hulusi Akar deyib: ‘‘Üç vә ya beş tәyyarә ilә vәziyyәtin dәyişmәyәcәyi aydındır’’.

Hulusi Akar hәmçinin Brüsseldәn Türkiyә vә Yunanıstan ilә Qıbrız mәsәlәsini Avropa probleminә çevirmәmәsini istәyәrәk qeyd edib ki, Avropa İttifaqı bu müzakirәlәrdә tәrәfsiz mövqe nümayiş etdirmәlidir.



Әlaqәli Xәbәrlәr