MİT PYD/YPG-nin dırnaqarası briqada komandanını yaxalayıb ölkəyə gətirdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK-nın Suriya qolu PYD/YPG-nin dırnaqarası briqada komandanı "Yeh Guyi" kod adlı terrorçunu yaxaladı və ölkəyə gətirdi.

1601492
MİT PYD/YPG-nin dırnaqarası briqada komandanını yaxalayıb ölkəyə gətirdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK-nın Suriya qolu PYD/YPG-nin dırnaqarası briqada komandanı "Yeh Guyi" kod adlı terrorçu İbrahim Babatı Suriyada dəqiq həmlə əməliyyatı nəticəsində ələ keçirdi və Türkiyəyə gətirdi.

Əldə edilən məlumata görə, MİT heyəti terrorçu Babatı maşını hərəkət edərkən yaxalayıb.

Sərhəd xəttindən Türkiyəyə gətirilən Babatın ifadələrilə MİT Suriya Milli Ordusu qrupları ilə birlikdə "Sülh çeşməsi" əməliyyatı bölgəsində terror aktları həyata keçirməyə hazırlaşan təşkilata məxsus çox sayda əl istəhsalı partlayıcı, mina və elektirik enerjisilə işləyən partlayıcı ələ keçirib. 
Ayrıca Babatın dindirilməsi ilə təşkilatın Türkiyə Silahlı Qüvvələrinə məxsus Türkiyə-Suriya sərhəd məntəqəsindəki polis şöbəsi və hərbi bazalarına istiqamətli terror aktı planları da aşkarlanıb. 

Terror təşkilatına 2011-ci ildə Türkiyənin Şırnak vilayətinin Cizre qəsəbəsində qoşulan terrorçu Babatın İraqın şimalındakı Haftanində təşkilatın çöl kadrında fəaliyyətlərinə başladığı, bir müddət Zapda qaldıqdan sonra 2017-ci ildə Suriyaya keçdiyi və təşkilatın dırnaqarası briqada komandanı olaraq vəzifə tapşırıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr