Ərdoğan 14 Mart - Tibb İşçiləri Bayramı münasibətilə təbrik etdi

14 Mart Tibb İşçiləri Bayramı münasibətilə təbrik mesajında R.T.Ərdoğan deyib...

1600817
Ərdoğan 14 Mart - Tibb İşçiləri Bayramı münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 Mart Tibb İşçiləri Bayramı münasibətilə təbrik edib.

  Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığının) Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun “twitter” hesabından ölkə başçısı Ərdoğanın videolu bayram təbrikini paylaşıb.

  14 Mart Tibb İşçiləri Bayramı münasibətilə təbrik mesajında R.T.Ərdoğan deyib: "Mədəniyyət coğrafiyamızda İbn Sina və əl-Razi kimi alimlərimizin təməllərini atdıqları tibb elmi hər dövrdə insanlıq üçün əhəmiyyət daşıyır. Siz əşrəfi məxluqat olan yaradılmışların ən şərəflisi olan insana ən gözəl xidməti göstərirsiniz.

  Dəyərli həkimlərimizə, tibb fakültəsində gələcəyin həkimlərini yetişdirən qiymətli müəllimlərimizə, səhiyyə sistemində çalışan bütün tibb işçilərinə ayrı-ayrılqıda təşəkkürümü bildirir, 14 Mart Tibb İşçiləri Bayramınızı təbrik edirəm. Bayramınız mübarək olsun."



Әlaqәli Xәbәrlәr