Türkiyə ilə Pakistanın Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlıq davam edir

Türkiyə ilə Pakistanın Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlıq müqaviləsinin müddəti daha 5 il uzadılıb.

1599714
Türkiyə ilə Pakistanın Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlıq davam edir

Türkiyə ilə Pakistanın Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlıq müqaviləsinin müddəti daha 5 il uzadılıb.

Pakistanın paytaxtı İslamabaddakı Pakistan Qızıl Aypara Cəmiyyətinin mərkəzində təşkil edilən imza mərasimində Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kırık həmin müqavilənin iki qurum arasında fəlakətlərə qarşı mübarizə, cəmiyyətin sağlamlığı və kadr xidmətləri ilə müxtəlif sahələrdə potensialın artırılmasını əhatə etdiyini söyləyib.

Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Pakistanda su quyusu, sığınacaq, ramazan və qurban yardımları, məktəb layihələri kimi müxtəlif sahələrdə fəaliyyətlərinin olduğunu vurğulayan Kərəm Kınık uzun  müddətli və daimi layihələrlə Pakistan xalqının yaralarını sağaltmağa cəhd etdiklərini dilə gətirib.

Pakistanın Qızıl Aypara Cəmiyyətinin sədri Abrarur Hak da iki ölkə arasındakı münasibətlərin əsrlərə söykəndiyini və xalqlarının çətin anlarda bir-birlərinə dəstək olduqlarını söyləyib.

Türkiyənin Pakistanın çətin zamanlarında hər zaman yanında olduğuna işarə edən Abrarur Hak Türkiyə-Pakistan nümayəndə heyətinin 2005-ci ildə baş verən Kəşmir zəlzələsindən bəridir ölkədə olduğunu və Türkiyə Qızıl Aypara Cəmiyyətinin Pakistan xalqına dəstəyinin davam etdiyini vurğulayıb. 

İki qurum arasında imzalanan razılaşmadan məmnun olduğunu dilə gətirən Hak "Bu gün çox gözəl bir gündür" deyib.

Türkiyə ilə Pakistanın Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlıq 2005-ci ildə baş verən Kəşmir zəlzələsindən sonra da artmağa davam edir.

İki qurum arasında son 5 illik əməkdaşlıq memorandumu 2015-ci ildə imzalanıb.



Әlaqәli Xәbәrlәr