"Türkiyə bizim vətənimiz, İstiqlal Marşı ortaq andımızdır", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Konqres və Mədəniyyət Mərkəzində İstiqlal Marşının qəbulunun 100-cü ildönümü və Mehmet Akif Ersoyun anım mərasimində çıxış edib.

1599711
"Türkiyə bizim vətənimiz, İstiqlal Marşı ortaq andımızdır", R.T.Ərdoğan

"İstiqlal Marşı türkü, kürdü, çərkəzi, ərəbi, şiəsi, sünnisi və lazı ilə 84 milyonun ortaq dəyəri, ortaq məxrəcidir".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Konqres və Mədəniyyət Mərkəzində İstiqlal Marşının qəbulunun 100-cü ildönümü və Mehmet Akif Ersoyun anım mərasimində etdiyi çıxışda deyib.
Ərdoğan "Bu vətənin çörəyini yeyən, burda nəfəs alan və bu torpaqlarda sərbəst yaşayan həç kəsin İstiqlal Marşı ilə problemi ola bilməz" ifadələrdən istifadə edib.
"İstiqlal Marşı millətimizlə birlikdə bütün məzlumların azadlıq mübarizəsinə ilham mənbəyi olmuşdur. İstiqlal Marşı türkü, kürdü, çərkəzi, ərəbi, şiəsi, sünnisi və lazı ilə 84 milyonun ortaq dəyəri, ortaq məxrəcidir. Türkiyə bizim vətənimiz, İstiqlal Marşı ortaq andımızdır"- deyə dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr