Mövlud Çavuşoğlu: "Misirlə diplomatik səviyyədə təmaslar qurulmağa başlandı"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə diplomatik səviyyədə təmasların qurulmağa başlandığını söyləyib.

1600029
Mövlud Çavuşoğlu: "Misirlə diplomatik səviyyədə təmaslar qurulmağa başlandı"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə diplomatik səviyyədə təmasların qurulmağa başlandığını söyləyib. 

Mövlud Çavuşoğlu Türkmənistandan başlayıb Özbəkistan və Qırğızıstan ilə davam edən səfərini Qətərdə yekunlaşdırıb. Çavuşoğlu Türkiyəyə qayıdarkən Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Xarici Xəbərlər şöbəsinin müdiri Özcan Tikitin gündəmə dair sualları cavablandırıb.

Çavuşoğlu Türkiyə ilə Misir arasında diplomatik təmasların başlandığını şərh edərək, “Hər hansı bir ilkin şərt misirlilərdən də gəlmədi, bizdən də hər hansı ön şərt getmədi" deyib.

"Misirlə həm kəşfiyyat, həm də diplomatik səviyyədə əlaqəmiz var" məlumatını bölüşən Çavuşoğlu qarşıdakı günlərdə diplomatlar və kəşfiyyat səviyyəsində danışıqların olacağını söyləyib.

Çavuşoğlu Qətərin paytaxtı Dohada Rusiya xarici işlər naziri Sergey Lavrov və qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə keçirdiyi görüşlərə də toxunaraq, "Qətərin xüsusilə sahədəki (Suriya) humanitar vəziyyət qarşısında daha konkret addımlar atmaq istədiyini gördük və bunu nazirlər səviyyəsində müzakirə etməyə qərar verdik" deyib.

ABŞ rəhbərliyi ilə danışıqlara da toxunan Çavuşoğlu görüşlərdə "S-400" hava hücumundan müdafiə sistemləri mövzusunda Girit modelindən danışılmadığını vurğulayıb.

Çavuşoğlu jurnalist Camal Xaşoqçinin öldürülməsindən sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə gərgin əlaqələrin müsbət mesajlarla yaxşılaşmağa başladığına işarə edib.

Çavuşoğlu “Əbu-Dabidən daha müsbət mesajlar görürük. Türkiyəyə qarşı mənfi kampaniyanın azaldıldığını da eləcə. Bunlarla heç bir problemimiz yoxdur, ancaq bizə qarşı mənfi münasibət bəslədilər. Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin yaxşılaşmaması üçün heç bir səbəb yoxdur. Müsbət bir addım atarsa, biz də atacağıq. Eyni şeyi BƏƏ üçün də söyləyə bilərik" ifadələrindən istifadə edib.

Əfqanıstandakı hökumət və Taliban arasındakı danışıqlara da toxunan Çavuşoğlu "Əfqanıstan sülh prosesi toplantısını aprel ayında (İstanbul) keçirməyi planlaşdırırıq" deyib.



Әlaqәli Xәbәrlәr