"Körfəzdə əlaqələrin normallaşmasına dəstəyimizi davam etdiririk", M. Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Qətərdə Baş nazir müavini və xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdürrəhman Əl Sani ilə görüşüb.

1599540

Çavuşoğlu "Twitter" hesabındakı şərhində Dohada bir araya gəldikləri qətərli həmkarı ilə ikinci dəfə görüşdüklərinə diqqət çəkib.

Görüşdə ikitərəfli əlaqələr və regional məsələləri müzakirə etdiklərini vurğulayan Çavuşoğlu "Körfəzdə normallaşmaya dəstək verməyə davam edirik" mesajını verib.

Çavuşoğlu Türkiyənin Qətərlə əməkdaşlığının bütün sahələrdə artmağa davam edəcəyini bildirib.

Әlaqәli Xәbәrlәr