"Qırğızıstana Maarif Fondunun gəlməsini gözləyirik", R.Kazakbayev

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfəri çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekdə ölkə başçısı Sadır Japarov tərəfindən qəbul edilib

1598518
"Qırğızıstana Maarif Fondunun gəlməsini gözləyirik", R.Kazakbayev

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfəri çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekdə ölkə başçısı Sadır Japarov tərəfindən qəbul edilib. Söhbət zamanı siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə aktual əməkdaşlıq mövzuları müzakirə edilib.

  30 illik Qırğızıstan-Türkiyə diplomatik əlaqələrinə toxunan Qırğızıstan prezidenti deyib: “Kənd təsərrüfatı, tekstil, mədənçilik, hidroelektrik və digər sahələrdə iş əlaqələrini inkişaf etdirmək, Qırğızıstan və Türkiyənin iqtisadi potensialına uyğun ortaq layihələr həyata keçirmək, əməkdaşlığı genişləndirmək və ticarət həcmini 1 milyard dollara çıxartmaq lazımdır.”

  Türkiyə naziri Bişkekdə Ata Beyt abidəsini də ziyarət edib və sonra qırğız həmkarı Ruslan Kazakbayev görüşüb, ortaq mətbuat konfransında ikitərəfli əlaqələrə dair fikirlərini çatdırıb.

  Qırğızıstan-Türkiyə Manas Universitetinin hər iki ölkənin qardaşlığının bir nişanəsi olduğunu vurğulayan Mövlud Çavuşoğlu təhsil və digər sahələrdə artıq Fetullahçı Terror Təşkilatı (FETÖ) kimilərinə ehtiyac qalmadığını və FETÖ-nün təkcə Türkiyə deyil, Qırğızıstan üçün də bir təhdid olduğunu söyləyib: "Bu cür terror təşkilatlarından da, cinayət şəbəkələrindən də inşaallah, tamamilə xilas olacağıq… Hər iki ölkə təhsil və elm sahəsində əməkdaşlığı inkişaf etdirir. Türkiyə Maarif Fondu (Maarif Vakfı) Qırğızıstanda keyfiyyətli ibtidai və orta məktəblər açacaq. Bu maarif məktəbi Orta Asiyada açılacaq ilk Maarif Fondu məktəbi olacaq.”

  Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev də öz növbəsində bunları söyləyib: "Qırğızıstan ilə Türkiyə dili bir, dini bir iki qardaş ölkədir. Bizim aramızda hər hansı siyasi problem yoxdur. Ölkəyə Maarif Fondunun gəlməsi, məktəb açması və təhsil prosesində iştirakını gözləyirik."



Әlaqәli Xәbәrlәr