Yunanıstanın Türkiyə sularına itələdiyi qaçqınlar xilas edilib

Yunanıstan Sahil Mühafizə Xidmətinin dənizin ortasına atdığı 12 miqrantı Türkiyə Sahil Mühafizə Komandanlığı xilas edib.

1597489
Yunanıstanın Türkiyə sularına itələdiyi qaçqınlar xilas edilib

Yunanıstan Sahil Mühafizə Xidmətinin dənizin ortasına atdığı 12 miqrantı Türkiyə Sahil Mühafizə Komandanlığı xilas edib.

İzmirin Çeşme qəsəbəsi sahillərində rezin qayığın içində bir qrup qaçqının olduğu barədəki məlumat çərçivəsində Sahil Təhlükəsizlik Komandirliyi gəmisi bölgəyə gedib.

Yunanıstan Sahil Mühafizə Xidməti tərəfindən Türkiyənin sahil sularına itələndiyi bildirilən rezin qayıqdakı 12 qaçqın xilas edilib. 

Rezin qayıqda olan 12 qaçqın sahilə aparılaraq prosedurlarından sonra Vilayət İmmiqrasiya İdarəsinə təhvil verilib.

Türkiyə Sahil Mühafizə Komandanlığı hissələri Muğla vilayətinin Marmaris qəsəbəsi Bozburun mahalı sahillərində rezin qayığa minmiş bir qrup qaçqının olduğu məlumatına görə hərəkətə keçib. 

Yunanıstan Sahil Mühafizə Xidmətinin dənizin ortasına atdığı 15 miqrant quraya çıxarılıb.

Sahil Mühafizə qrupları Gökçeburun sahillərində də Trükiyənin saili sularına itələnən rezin qayıqdakı 13 qaçqın xilas edilib. 

Qaçqınlar sahilə aparılaraq prosedurlarından sonra Vilayət İmmiqrasiya İdarəsinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr