TSQ-nin terrora qarşı mübarizəsi əzmlə davam edir

Türk silahlı qüvvələrinin həyata keçirdiyi “Sülh Bulağı” əməliyyatı nəticəsində terror təşkilatlarından təmizlənmiş olan Suriyanın Tel Abyad və Rəsulayn ərazilərində bir il ərzində 711 terrorçu zərərsizləşdirilib.

1597823
TSQ-nin terrora qarşı mübarizəsi əzmlə davam edir

Türkiyənin Şanlıurfa valiliyindən bu barədə məlumat yayılıb.

Suriyanın cənub sərhəd bölgəsində terror dəhlizi açılmasının qarşısını almaq, sülh və əmin-amanlığı bərpa etmək məqsədiylə 9 Oktyabr 2019 tarixində YPG / PKK və DEAŞ terror təşkilatlarına qarşı başladılan “Sülh Bulağı” əməliyyatının qısa müddət ərzində uğurla tamamlandığı xatırladılan açıqlamada terrora qarşı mübarizənin davam etdiyinə diqqət çəkilib və bir il ərzində 711 quldurun zərərsizləşdirildiyi qeyd edilib.

Açıqlamada bildirilib ki, Rəsulaynda uzunluğu 27 kilometr olan 303 tunel və Tel Abyadda uzunluğu 150 ilə 600 metr olan 21 tunel dağıdılıb. Terror təşkilatı PKK / YPG-yə məxsus 1 ton 257 kiloqram partlayıcı maddə ələ keçirilib. Çox sayda silah-sursat müsadirə edilmib.



Әlaqәli Xәbәrlәr