Bitlis şəhərində baş verən qəzanın yaranma səbəbilə əlaqəli ilkin hesabat

Bitlis şəhərində 11 əsgərin şəhid olduğu helikopter qəzasının əlverişsiz hava şəraiti və görmə qabiliyyətinin itirilməsi səbəbindən baş verdiyi bildirilib.

1597363

Milli Müdafiə Nazirliyi Bitlis vilayətinin Tatvan qəsəbəsində baş verən helikopter qəzası ilə əlaqədar ilkin hesabatını açıqlayıb.

Açıqlamada hadisə yerində tapılan səs qeyd cihazının analizindən əldə edilən məlumatlar işığında qəzanın baş vermə tərzi izah olunub. 

Nazirliyin açıqlamasında bildirilib:

"Ani hava dəyişikliyi ilə mənfi hava şəraiti ilə qarşılaşılıb və buludun içinə girilib. Hadisədə helikopterdən qaynaqlanan bir səbəb olmadığı, profilaktika işlərinin qaydalara uyğun yerinə yetirildiyi məlum olub. Görmə məsafəsinin itirilməsi nəticəsində qəzanın baş verdiyi qeyd olunub".

Nazirliyin açıqlamasında terrorla mübarizə rəqəmləri haqqında da məlumat paylaşılıb.

Buna görə, yanvar ayından indiyə qədər 21-i böyük, 62-si orta ölçülü olmaqla 83 əməliyyatda 143 terrorçu zərərsizləşdirilib.

Әlaqәli Xәbәrlәr