Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib

1596739
Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib. O, təbrik mesajında deyib: "Sevgiləri, əməkləri və fədakarlıqları ilə insanlığın ümidi olan bütün qadınlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

  Ailə və cəmiyyətin təməl dirəyi olan qadınların təhsildən sənətə, iqtisadiyyatdan siyasətə bütün sahələrdə daha çox olmalıdırlar, bunun əhəmiyyəti böyükdür.

  Ölkəmizi irəli aparmaq, inkişaf etmiş səviyyəyə daşımaq və hədəflərimizə çatmaq üçün qadınıyla, kişisiylə bütöv bir millət olaraq çiyin-çiyinə gələcəyə gedəcəyik.

  Tariximiz boyu həyatın hər sahəsində ön sıralarda yer alan, bu gün də mübarizələri və müvəffəqiyyətləriylə nümunə olan bütün qadınlarımızla qürur duyuram.

  Ayrı-seçkilik, haqqın qəsbi və zorakılıq başda olmaqla ailə, təhsil, iş və cəmiyyət həyatında qadınlarımızın qarşı-qarşıya qaldığı məsələlərin həllə qovuşdurulması üçün bir çox hüquqi və administrativ islahatlar həyata keçiririk. Bir cinayət olaraq gördüyüm qadına istiqamətli hər cür fiziki və ruhi şiddəti, ayrı-seçkiliyi həmişə və yenə də ən sərt şəkildə qınayıram. Qadınlarımızın zorakılığa məruz qalmadıqları bir mühit yaratmaq üçün apardığımız mübarizəni daim və həssaslıqla davam etdirəcəyik.

  Açıqladığımız İnsan Haqları Hərəkat Planında da qadına qarşı şiddətlə mübarizəni gücləndirəcək addımlara yer vermişik.

  Ailəçilik təməllərimizi dağıtmağa yönəlik hər cür cəhd və hərəkətlər qarşısında durmağa, qadın və kişi – bütövlükdə ailə qavramını qorumağa davam edəcəyik.

  8 Mart Beynəlxalq Qadınlar Gününüzü bir daha təbrik edir, analarımızı, həyat yoldaşlarımızı, qızlarımızı, bacılarımızı, ölkəmizdəki və dünyadakı bütün qadınları sevgiylə, hörmətlə salamlayıram."



Әlaqәli Xәbәrlәr