Bir sıra ölkələr şəhid olan əsgərlərinə görə Türkiyəyə başsağlığı veriblər

Şimali Qıbrıs (Kipr) Türk Cümhuriyyəti, Gürcüstan, İngiltərə, Somali, Albaniya, Venesuela, Türk Şurası, İraq Kürd Regional İdarəsi Türkiyəyə başsağlığı veriblər.

1595506
Bir sıra ölkələr şəhid olan əsgərlərinə görə Türkiyəyə başsağlığı veriblər

Şimali Qıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatar prezident Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Hulusi Akara zəng edərək şəhid əsgərlər üçün telefonla zəng edərək başsağlığı verib. 

ŞKTC-nin Baş naziri Ersan Saner də prezident Ərdoğan, vitse-prezident Fuat Oktay və nazir Akara mesaj göndərərək hadisədən dərin kədərləndiklərini dilə gətirib.

Qazaxıstan przidenti Qasım Comerd Tokayev helikopter qəzasında şəhid olan əsgərlərə görə prezident Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

İngiltərənin xarici işlər naziri Dominik Raab və İngiltərənin Ankara səfiri Dominik Klikot şəhid olan əsgərlər üçün kədərlərini çatdırıblar.

Somalinin ədliyyə nazir Əbdulkadir Məhammed Nur Bitlisin Tatvan mahalında baş verən helikopter qəzasında şəhid olan əsgərlər üçün başsağlığı verib.

Albaniyanın Avropa və xarici işlər naziri Olta Xhaçka şəhid əsgərlər üçün xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı verib.

Venesuelanın xarici işlər naziri Corge Arreaza "Twitter" hesabından Türkiyə bayraqlı şəkillərlə birlikdə paylaşdığı mesajında Türkiyə xalqı və hökuməti ilə həmrəy olduqlarını bildirib.

Türk Şurasının baş katibi Bağdad Amreyev də helikopter qəzasında şəhid olan əsgərlərin xəbərlərini dərin kədərlə öyrəndiklərini ifadə edərək, "Türk Şurası və öz adımdan əsgərlərə Allahdan rəhmət diləyirəm. Bu ağır qəzada həyatını itirənlərin ailələrinə və qardaş Türk millətinə başsağlığı, yaralananlara təcili şəfa diləyirəm" mesajını paylaşıb.

İraq Kürd Regional İdarəsinin (KRG) Etnik və Diyanət İşləri naziri İraq Türkmən Cəbhəsi İcra Heyətinin üzvü Aydın Maruf  Bingöldən Bitlisə getmək üçün qalxan hərbi helikopterin qəzası nəticəsində şəhid olan əsgərlər üçün başsağlığı verib.



Әlaqәli Xәbәrlәr