Türkiyә terror tәşkilatı DEAŞ-a ağır zәrbәlәr endirib

Terror tәşkilatı DEAŞ-a qarşı qәtiyyәtli mübarizә aparan Türkiyә keçәn ay ölkә daxilindә keçirdiyi әmәliyyatlar nәticәsindә terror tәşkilatına ağır zәrbәlәr endirib.

1594941
Türkiyә terror tәşkilatı DEAŞ-a ağır zәrbәlәr endirib

 

Terror tәşkilatı DEAŞ-a qarşı qәtiyyәtli mübarizә aparan Türkiyә keçәn ay ölkә daxilindә keçirdiyi әmәliyyatlar nәticәsindә terror tәşkilatına ağır zәrbәlәr endirib. Tәhlükәsizlik qüvvәlәrinin hәyata keçirdiyi uğurlu әmәliyyatlar nәticәsindә  terror tәşkilatının planlaşdırdığı terror aktlarının qarşısı alınıb.

Tәhlükәsizlik qüvvәlәrinin keçirdiyi әmәliyyatlar nәticәsindә başda İstanbul, Ankara vә Adana olmaqla bir sıra şәhәrdә qanlı terror aktları planlaşdıran terrorçulara ağır zәrbә endirib.

Fevral ayında polis vә  jandarm qüvvәlәrinin hәyata keçirdiyi müvәffәqiyyәtli әmәliyyatlar nәticәsindә 165 nәfәr saxlanılıb, terror tәşkilatına mәxsus çox sayda sәnәd, silah vә sursat әlә keçirilib.

Saxlanılanlardan 55-i hәbs edilib. Bәzilәri isә deportasiya edilib.

 



Әlaqәli Xәbәrlәr