"Misirlə dəniz səlahiyyət sahələrini müzakirə edərək saziş imzalaya bilərik", M. Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu əlaqələrin gedişatına bağlı olaraq Misirlə dəniz səlahiyyət sahələrini müzakirə edərək bir müqavilə imzalaya biləcəklərini söyləyib.

1594386

Mövlud Çavuşoğlu Ankarada  görüşlər keçirən Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani ilə birgə mətbuat konfransı təşkil edib.

Çavuşoğlu 18 fevralda Misirin Aralıq dənizində neft və təbii qaz axtarış işləri üçün elan etdiyi lisenziya sahələrindən biri olan 18-ci sahə ilə Türk qitə şelfinin sərhədlərini qəbul etməsi ilə bağlı suala cavabən deyib: "Misirin keçən il Yunanıstanla anlaşma imzaladığı zamanda da Türkiyə dənizdibi ərazisinin cənub sərhədlərinə hörmət etdi. Misir bizim dənizdibi ərazimizə girmədən öz dəniz sahəsində sesymik araşdırma və fəaliyyətlərini davam etdirir. Biz bunu müsbət qarşılayırıq". 

Çavuşoğlu Türkiyə və Misirin Şərqi Aralıq dənizində ən uzun sahili və sərhədləri olan iki ölkə olduğuna da diqqət çəkib.

Әlaqәli Xәbәrlәr