İbrahim Kalın Türkiyə-ABŞ əlaqələrinə münasibət bildirib
Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın terror dəstəyinə diqqət çəkərək, ABŞ prezidenti Co Bayden rəhbərliyinin bu siyasətini əvəz etməsinin vacibliyini vurğulayıb.
Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın terror dəstəyinə diqqət çəkərək, ABŞ prezidenti Co Bayden rəhbərliyinin bu siyasətini əvəz etməsinin vacibliyini vurğulayıb.
İbrahim Kalın gündəmdəki mövzularla əlaqəli mətbuata verdiyi bəyanatda Türkiyə-ABŞ münasibətlərinin uzun tarixi olduğuna işarə edərək deyib ki, bu tarixi proses daxilində çox eniş-yoxuş yaşandı. Müxtəlif rəhbərliklər vəzifəyə gəldiyi zaman fasilələrlə əlaqələrimizin çox yaxşı, səmərəli olduğu zamanlar da yaşadıq; gərginliklərin olduğu dövrlərini də keçdik. Ancaq dəyişməyən bir şey varsa o da Türkiyənin bölgədəki strateji əhəmiyyətinin həç vaxt azalmamasıdır.
Bayden rəhbərliyinin strateji əhəmiyyəti səbəbiylə Türkiyə ilə yaxından işləmək istəyəcəyini ifadə edən Kalın “Əlbəttə razılaşmadığımız bəzi məsələlər var. F-35 döyüş təyyarələrinin təhvil verilməsi, "CAATSA" sanksiyaları, Rusiyadan satın alınan S-400 hava müdafiə sistemləri problem kimi qalır. Fetullahçı terror təşkilatı (FETÖ) ABŞ mövcudluğu və hələ də bunlara qarşı Türkiyəni qane edəcək bir addım atılmaması, həmçinin terror təşkilatı PYD-YPG-yə verilən dəktək kimi mövzular əsas problemlər sırasındadır" deyib.
ABŞ-ın PYD-YPG-yə verdiyi dəstəyin Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid təşkil edəni mövzu olduğunu ifadə edən Kalın "PYD-YPG mövzusunda ABŞ-ın səhv siyasətində israr etməsi Suriya məsələsinə bir həll yolu gətirmir və ikitərəfli münasibətlərimizi daha çox gərginləşdirir və zərər verir. Bayden rəhbərliyi artıq bu siyasəti ciddi şəkildə nəzərdən keçirməlidir" deyə vurğulayıb.