Türkiyədə 2 martdan başlayan mərhələli normallaşma prosesinin ayrıntıları

Martın 1-də Türkiyə Nazirlər Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplandı

1593043
Türkiyədə 2 martdan başlayan mərhələli normallaşma prosesinin ayrıntıları

 

 Martın 1-də Türkiyə Nazirlər Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplandı.

  Prezident Aparatında (Cumhurbaşkanlığı) keçirilən yığıncaqda “Covid-19”la mübarizə çərçivəsində mərhələli normallaşmanın ayrıntıları - üz-üzə təhsil, restoran və kafelərin vəziyyəti, küçəyəçıxma məhdudlaşdırması, peyvənd müddəti ilə bağlı yeni qərarlar açıqlandı.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2 martdan başlayaraq idarəli normallaşmaya keçiləcəyini bəyan etdi. Epidemiya tədbirlərinin tətbiqindən təxminən bir il keçdiyini xatırladan Ərdoğan dedi: “Bütün şəhərlər 4 risk qrupuna ayrılıb. Bu kateqoriyalar hər həftə nəzərdən keçiriləcək. Tədbirlərdə xəstəliyin gedişatına görə, 2 həftədə bir yerli qaydalar müəyyən ediləcək”.

  Beləliklə,

  • Həftə sonu küçəyəçıxma məhdudlaşdırması aşağı və orta riskli rayonlarda tamamilə qaldırıldı.
  • Yüksək və çox yüksək riskli rayonlarda bazar günü məhdudiyyəti qaldı.
  • Ölkənin hər yerində olan 21.00-05.00 küçəyəçıxma qadağası davam edəcək.
  • Bütün uşaq bağçaları, ibtidai və orta məktəblər, liseylər açılacaq.
  • Aşağı və orta riskli rayonlarda məktəblər mərhələli şəkildə açılacaq.
  • Yüksək və çox yüksək riskli rayonlarda yalnız liseylərdə imtahanlar üzbəüz keçiriləcək.
  • Restoran, lokanta və kafelər, şirniyyat və çay bağçaları çox yüksək riskli rayonlardan başqa, hər yerdə saat 07.00 – 21.00 arası olmaqla məkanın adam həcminin 50 faizi qədər olmaqla çalışacaq.
  • İdman meydançaları, hovuz və bənzər yerlər aşağı və orta riskli rayonlarda 09.00 – 19.00 arası fəaliyyət göstərəcək.
  • Dövlət qurumları və ictimai idarələrdə iş normala dönəcək.
  • Küçəyəçıxma qadağası 65 yaş üstü və 20 yaş altı qrup vətəndaşlarında aşağı və orta riskli rayonlarda qaldırıldı.
  • Nigah mərasimləri və toylar aşağı və orta riskli rayonlarda 100, yüksək riskli rayonlarda 50 nəfərlik olmaqla keçiriləcək.
  • İctimai-mədəni tədbirlər 300 nəfəri keçməyəcək şəkildə təşkil oluna biləcək.       


Әlaqәli Xәbәrlәr