Mövlud Çavuşoğlu Zoran Milanoviçlә görüşüb
Xorvatiyaya rәsmi sәfәr edәn Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünәn bu ölkәnin prezidenti Zoran Milanoviç tәrәfindәn qәbul edilib.
Xorvatiyaya rәsmi sәfәr edәn Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünәn bu ölkәnin prezidenti Zoran Milanoviç tәrәfindәn qәbul edilib.
Rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edәn Mövlud Çavuşoğlu Xorvatiya prezidenti Zoran Milanoviç, Baş naziri Andrej Plenkoviç vә Mәclis sәdri Qordan Jandrokoviçlә görüşdüyünü bildirib.
Prezident Z.Milanoviçә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın salamını çatdıran Çavuşoğlu deyib: ‘‘Zәlzәlә nәticәsindә hәyatını itirәnlәr ilә әlaqәdar bir daha başsağlığı verdik. Aktual regional mövzular әtrafında fikir mübadilәsi apardıq’’.
Baş nazir Andrej Plenkoviçlә keçirdiyi görüşә toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘Türk şirkәtlәrinә verdiklәri dәstәk üçün tәşәkkür etdik. Zәlzәlәnin baş verdiyi bölgәlәrin yenidәn inşa edilmәsinә dәstәk vermәyә hazır olduğumuzu ifadә etdik’’.
Mәclis sәdri Qordan Jandrokoviçә Türkiyә Böyük Millәt Mәclisinin sәrdi Mustafa Şentopun salamını çatdıran Mövlud Çavuşoğlu: ‘‘Pandemiyadan sonra Qordan Jandrokoviç TBMM sәdrimizi Xorvatiyaya dәvәt edәcәk’’.
Әlaqәli Xәbәrlәr
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...