"New York Times": Milyonlarla suriyalı üçün imkan təqdim edən tək ölkə Türkiyədir

"New York Times" qəzeti Bəşər Əsəd rejiminin zülmündən təsirlənən milyonlarla suriyalı üçün imkan təqdim edən yeganə ölkənin Türkiyə olduğunu yazıb.

1585173
"New York Times": Milyonlarla suriyalı üçün imkan təqdim edən tək ölkə Türkiyədir

ABŞ-da dərc olunan "New York Times" qəzeti Bəşər Əsəd rejiminin zülmündən təsirlənən milyonlarla suriyalı üçün imkan təqdim edən yeganə ölkənin Türkiyə olduğunu yazıb. 

Suriyanın Afrin şəhərində və şəhərin yaxınlığındakı qaçqın düşərgələrində tədqiqat aparan qəzet Bəşər Əsədin hücumlarından qaçaraq Türkiyəyə sığınan qaçqınların beynəlxalq humanitar gözlədiyini qeyd edib.

Qəzet son zamanlar bölücü terror təşkilatı YPG/PKK-nın  bombalı hücumuna məruz qalan Afrini və şəhərin Türkiyə sərhədinə yaxın bölgələrdəki qaçqın düşərgələrindən bəhs edən ətraflı araşdırma məqaləsi təqdim edib.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 20 yanvar 2018-ci il tarixində YPG/PKK-nı bölgədən təmizləmək üçün başlatdığı "Zeytun budağı" əməliyyatına işarə edilən məqalədə "Hazırda onların (TSQ) qoruduğu suriyalılar bütün çətinliklərə baxmayaraq türklərin orada olmasından məmnundurlar" ifadəsi yer alıb.

Qəzetin Türkiyə Bürosunun rəhbəri Karlota Qalın yazdığı məqalədə  "Suriyada 10 ildir davam edən vətəndaş müharibəsinin sona çatması barədə beynəlxalq ictimaiyyət nə edəcəyini bilmədiyi halda Türkiyə 5 milyona yaxın məcburi köçkün üçün ərazidə yeganə beynəlxalq gücdür və çətin vəziyyətdə olan mülki insanları qoruyur" açıqlamaları diqqət çəkib və qeyd olunub ki, Türkiyə şəhəri öz elektrik şəbəkəsinə qoşaraq, bölgədə illərdir davam elektiriksizliyə son qoyub. Bölgədə Türkiyənin mobil telefon şəbəkələri və Türkiyənin pul vahidi lirədən istifadə olunur. 500 suriyalı şirkət sərhəd ticarəti üçün qeydə alınıb.

Məqalədə Türkiyənin Hatay vilayəti valisinin müavini Orhan Aktürkün sözləri də yer alıb:

"Hədəfimiz onların həyatlarını daha da normallaşdırmaqdır. İnsanların həyatında dirçəlişlər olmasını, məktəb və xəstəxanaların açıq qalmasını təmin edirik".

Şəhərdəki bombalı hücumlarla əlaqədar olaraq, Aktürk, partladılan vasitələrin YPG / PKK işğalı altında olan Mənbic qəsəbəsindən yük maşınları tərəfindən alındığını aşkar etdiklərini bildirdi.

Qəzetə müsahibə verən yerli məclis üzvü Said Süleyman Türkiyənin yardımlardan başqa daha çox beynəlxalq humanitar yardıma ehtiyac olduğuna diqqət çəkərkən, yazıda "Ancaq milyonlarla insanımız üçün imkan təqdim edən tək ölkə Türkiyədir" ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr