Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin iclasına sәdrlik edәcәk

Nazirlәr Kabinetinin iclası Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә sabah keçirilәcәk.

1584842
Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin iclasına sәdrlik edәcәk

Nazirlәr Kabinetinin iclası Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә sabah keçirilәcәk.

Koronavirus epidemiyası ilә mübarizәnin müzakirә olunacağı iclasda sәhiyyә  naziri Fәxraddi Koca çıxış edәrәk  Nazirlәr Kabinetinin üzvlәrini mәlumatlandıracaq. İclasda Elmi Şuranın tövsiyyәlәri qiymәtlәndirilәcәk.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan infeksiyaya yoluxanların müәyyәn bir sayın altına enmәsi  ilә kiçik sahibkarlarla bağlı mәhdudiyyәtlәrin tәdricәn aradan qaldırılması  mәsәlәsini planlaşdırdıqlarını açıqlamışdı. Fәaliyyәtlәri mәhdudlaşdırılan iş yerlәrinin müәyyәn qaydalar çәrçivәsindә açılması da gündәmә gәlәcәk.

Komendant saatı da iclasda müzakirә edilәcәk mövzulardan biri olacaq.

İclasda hәmçinin Çin vә Almaniyadan sifariş edilәn peyvәndlәrlә bağlı son vәziyyәt vә milli peyvәndlә bağlı aparılan fәaliyyәtlәr dә müzakirә olunacaq.

Nazirlәr Kabinetinin üzvlәri Türkiyәdәki peyvәndlәmә prosesini dә qiymәtlәndirilәcәk.



Әlaqәli Xәbәrlәr