ABŞ qətlə görə məsuliyyət daşıyanı etiraf etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken ilə telefonda danışıb

1584195
ABŞ qətlə görə məsuliyyət daşıyanı etiraf etdi

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken ilə telefonda danışıb.

  Amerikalı nazir Çavuşoğluna Qarada öldürülən 13 Türkiyə vətəndaşı üçün başsağlığını çatdırıb və qətlə görə bölücü terror təşkilatı PKK-nın məsuliyyət daşıdığını bildirib.

  Telefon söhbəti zamanı bir sıra regional məsələlər, o cümlədən FETÖ, PKK/PYD, terrorizmlə mübarizə, Türkiyənin Rusiyadan aldığı S-400 hava müdafiə sistemi, Suriya və Şərqi Aralıq dənizi mövzuları və ikitərəfli əlaqələr müzakirə olunub.

  Çavuşoğlu Blinkeni yeni vəzifəsi münasibətiylə də təbrik edib və ona ABŞ-ın son şərhlərindən Türkiyənin narahatlıq duyduğunu dilə gətirib.

  Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu görüşlə bağlı "Blinken və Çavuşoğlu Suriya müharibəsinin siyasi həllinə dəstək və əməkdaşlığı gücləndirməklə bağlı razılığa gəldilər” deyə qeyd edib.



Әlaqәli Xәbәrlәr