Pakistan şəhid edilən 13 vətəndaşla bağlı Türkiyəyə başsağlığı verib

Pakistan İraqın Qara bölgəsində bölücü terror təşkilatı PKK tərəfindən şəhid edilən 13 Türkiyə vətəndaşı üçün başsağlığı yayımlayıb.

1583406

Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasında "Pakistan İraqın Qara şəhərində 13 Türkiyə vətəndaşının öldürüldüyü dəhşətli terror aktını qətiyyətlə pisləyir. Pakistan hökuməti və xalqı Türkiyə dövlətinə, Türk xalqına və günahsız qurbanların ailələrinə ürəkdənsəmimi qəlbdən başsağlığı diləklərinin çatdırır. Pakistan terror bəlasına qarşı mübarizədə Türkiyə xalqı ilə güclü həmrəylik içindədir" deyilib.

Digər tərəfdən, İngiltərənin Ankaradakı səfiri Dominik Klikkot, Azərbaycanın Ankaradakı səfiri Həzər İbrahim ilə Pakistanın Ankaradakı Səfirliyi də Qara bölgəsində PKK tərəfindən şəhid edilən 13 türk vətəndaşı üçün başsağlığı mesajı yayımlayıblar.

Әlaqәli Xәbәrlәr