Nigeriya sahillərində girov götürülən dənizçilər ailələrinə qovuşdular

Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan 15 dənizçi İstanbula gəlib.

1583134
Nigeriya sahillərində girov götürülən dənizçilər ailələrinə qovuşdular

Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan 15 dənizçi İstanbula gəlib.

Dənizçilər İstanbul Hava Limanında ailələrinə qovuşublar.

Onlar Xarici İşlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb. 

Dənizçilərdən Can Cengil vətənə qayıtdıqlarına görə çox xoşbəxt olduqlarını söyləyərək, "Çətin və pis günlər keçirdik. Həm dövlətimizin, həm də şirkətimizin dəstəyini hər daim hiss etdik. Ciddi zərər olmadan vətənə qayıda bildik" deyib.

Dənizçilər onların geri qaytarılması üçün dövlət rəsmilərinə dəstəyinə görə təşəkkür ediblər.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb.

Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılov Azərbaycana göndərilərək, doğulduğu Siyəzən rayonunda dəfn edilib.



Әlaqәli Xәbәrlәr