Ərdoğanla Merkel arasında videokonfrans formatında görüş olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş olub.

1579694
Ərdoğanla Merkel arasında videokonfrans formatında görüş olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş olub.

Prezident Aparatı Mətbuat Xidmətinin məlumatına görə, liderlər iki ölkə arasındakı əlaqələr və Türkiyə-Avropa İttifaqı (Aİ) əsas olmaqla, regional məsələlərlə bağlı müzakirələr aparıblar.

Prezident Ərdoğan Türkiyə-Aİ əlaqələrinin müsbət istiqamətdə inkişafına qərarlı olduqlarını ifadə edərək, martda keçiriləcək zirvə toplantısına hazırlıq prosesi üçün danışıqların intensivləşməsi və texniki tərəflərin həll edilməsinin vacibliyini vurğulayıb.

Aİ-nin Türkiyəyə ədalətli və konstruktiv yanaşmasının iki tərəfin də marağına olduğunu qeyd edən dövlət başçısı 18 mart razılaşmasının (nizamsız mühacirlərin qəbulu müqabilində Türkiyə vətəndaşlarının vizadan azad olunması) aktuallaşdırılması üçün vacib olan addımların atılmasını dilə gətirib.

Prezident Ərdoğan Portuqaliyanın növbəti sədrliyi başa çatmamış bir Türkiyə-Aİ zirvə yığıncağı keçirilməsinə dair gözləntisini də ifadə edib. 

Almaniya hökumətinin sözçüsü Steffan Saybertin bəyanatında da Merkelin mübahisəli mövzularda dialoq ilə irəliləyiş qeyd etməyin əhəmiyyətli olduğuna diqqət çəkərək, Türkiyənin Şərqi Aralıq dənizindəki son müsbət siqnallar ilə əhvalatları məmnuniyyətlə qarşıladığı ifadə edilib.

Merkelin görüşdə Aİ ilə Türkiyə arasında davamlı və konsturuktiv əlaqələrin əhəmiyyətini bir daha vurğuladığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr