Fuat Oktay Yaponiyanın Ankaradakı səfirini qəbul edib

Prezident müavini Fuat Oktay Türkiyədə vəzifəsinin icrasına yeni başlayan Yaponiyanın Ankaradakı səfiri Kazuhiro Suzukini qəbul edib.

1579701
Fuat Oktay Yaponiyanın Ankaradakı səfirini qəbul edib

Prezident müavini Fuat Oktay Türkiyədə vəzifəsinin icrasına yeni başlayan Yaponiyanın Ankaradakı səfiri Kazuhiro Suzukini qəbul edib.

Qəbulda iki ölkə arasındakı ticarət, iqtisadi, texnoloji və mədəniyyət  mövzuları ilə yanaşı müdafiə sahəsindəki fəaliyyətlər də müzakirə olunub.

Kazuhiro Suzuki 11 mart 2011-ci ildə Yaponiyada baş verən zəlzələdən sonra bölgəyə ilk yardımı çatdıran ölkələrin başında Türkiyənin olduğunu xatırladaraq, o dövrdə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri olan Fuad Oktaya verdikləri dəstək üçün şəxsi olaraq təşəkkür edib. 

Yaponiyada baş verən zəlzələnin 10-cu ildönümü səbəbiylə Türkiyədə bu mövzuda ehtiyatlı olunmasına dair kampaniya başlatmaq istədiklərini bildirən Kazuhiro Suzuki Fuat Oktaydan kampaniya üçün dəstək istəyib.

Fuat Oktay da belə kampaniyalara Türkiyənin hər zaman dəstək olduğunu bildirib və Kazuhiro Suzukiyə yeni vəzifəsinin icrasında uğurlu olmasını diləyib.



Әlaqәli Xәbәrlәr