Türkiyә XİN Liviya ilә bağlı bәyanat yaydı

Türkiyә Liviya Prezident Şurası vә Baş nazirinin müәyyәn edilmәsini mәmnuniyyәtlә qarşılayıb.

1578269
Türkiyә XİN Liviya ilә bağlı bәyanat yaydı

Türkiyә Liviya Prezident Şurası vә Baş nazirinin müәyyәn edilmәsini mәmnuniyyәtlә qarşılayıb.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Birlәşmiş Millәtlәr Tәşkilatının rәhbәrliyi ilә İsveçrәdә keçirilәn Liviya Siyasi Dialoq Forumunda Liviya Prezident Şurası vә Baş nazirinin müәyyәn edilmәsini mәmnuniyyәtlә qarşılayırıq. Ümid edirik ki, yeni Milli Hәmrәylik Hökumәti dә Liviya Siyasi Dialoq Forumu tәrәfindәn müәyyәn edilәn yol xәritәsi çәrçivәsindә vәzifәsini icra edәcәk. Liviyalı qardaşlarımızın dialoq çәrçivәsindә attığı addım Liviyanın suverenlik, müstәqillik vә әrazi bütövlüyünün qorunması vә siyasi birliyinin tәmin edilmәsi baxımından әhәmiyyәtli bir fürsәtdir. Türkiyә dort vә qardaş Liviya xalqının tәhlükәsizliyinin tәmin edilmәsi, gündәlik hәyatın normallaşdırılması  vә bu ilin sonunda keçirilmәsi planlaşdırılan seçkilәrin hәyata keçirilmәsi üçün yeni rәhbәrliyi dә dәstәklәmәyә  davam edәcәk’’.

 



Әlaqәli Xәbәrlәr