Beş terrorçu zərərsizləşdirilib, beş terrorçu təslim olub

Suriyada "Sülh çeşməsi" və "Fərat qalxanı" bölgələrində bölücü terror təşkilatı PKK/YPG mənsubu 5 terrorçu zərərsizləşdirilib.

1577083
Beş terrorçu zərərsizləşdirilib, beş terrorçu təslim olub

Suriyada "Sülh çeşməsi" və "Fərat qalxanı" bölgələrində bölücü terror təşkilatı PKK/YPG mənsubu 5 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyi tərəfindən yayılan bəyanatda terrorçuların "Sülh çeşməsi" və "Fərat qalxanı" bölgələrina soxulmağa cəhd göstərdikləri  və təcavüz atəşi etdikləri bildirilib.

Bəyanata görə, dinclik və təhlükəsizlik mühitini pozmaq üçün "Sülh çeşməsi" və "Fərat qalxanı" bölgəsinə soxulmağa cəhd göstərən və  təcavüz atəşi edən 5 terrorçu zərərsizləşdirilib.

Digər tərəfdən, Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Nazirliyin koordinasiyasında Jandarma Komandanlığı və Polis İdarəsi tərəfindən aparılan inandırma səyləri nəticəsində qaçan PKK/KCK terror təşkilatından qaçan 5 terror təşkilatı mənsubu təhlükəsizlik qüvvələrinə təslim olub.

Açıqlamada təslim olan təşkilat üzvlərindən birinin ailəsinin Diyarbəkirdə 520 gündür davam edən övlad keşiyindəki ailələr arasında yer aldığı bildirilib. 2021-ci ildə sadəcə inandırma yolu ilə 21 terrorçu təslim olub.

Təslim olan terrorçuların 2008, 2010 və 2015-ci illərdə terror təşkilatına qoşulduqları və ən son İraq və Suriyada fəaliyyət göstərdikləri müəyyən edilib.



Әlaqәli Xәbәrlәr