Mövlud Çavuşoğlu və Cavad Zərifin görüşündən sonra birgə mətbuat konfransı keçirilib

Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın Xarici İşlər naziri Cavad Zərif ilə İstanbul Dolmabahçe Sarayında görüş keçirib.

1573575
Mövlud Çavuşoğlu və Cavad Zərifin görüşündən sonra birgə mətbuat konfransı keçirilib

Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın Xarici İşlər naziri Cavad Zərif ilə İstanbul Dolmabahçe Sarayında görüş keçirib.

Təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında görüş başlayıb.

Çavuşoğlu görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında "Pandemiya səbəbi ilə görüşlərimizi necə keçirəcəyimiz barədə danışdıq. Astana formatında üçtərəfli sammit Tehranda olacaq, hazırlıqlara bu gün başladıq" deyib.

Cənubi Qafqazda (Azərbaycan və Ermənistan arasında) atəşkəs olduğunu və hər kəsin bunun daimi olmasını istədiyini vurğulayan Çavuşoğlu “Yalnız istəmək kifayət deyil, töhfə verməliyik. “3+3” formatı ilə Cənubi Qafqazda sülhü davamlı hala gətirmək istəyirik” deyib.

Türkiyə olaraq xüsusilə İran-ABŞ və Avropanın üçlüsü ilə imzalanan nüvə anlaşmasını dəstəklədiklərini söyləyən Çavuşoğlu Cozef Bayden rəhbərliyi ilə bu razılaşmaya geri qayıdılacağına, beləliklə qardaş İrana qarşı sanksiyaların ləğv olunacağını ümid etdiyini vurğulayıb. 

4 gün əvvəl Nigeriya yaxınlığında Qvineya Körfəzində üzən "Mozart"adlı gəminin dəniz quldurları tərəfindən qaçırılmasına toxunan Çavuşoğlu "Dünən xoş bir xəbər aldıq. Gəmi heyəti və kapitan şirkətlə əlaqə saxladıq. 15 qardaşımızın hamısının sağlamlıq vəziyyətinin yaxşı olduğunu öyrəndik. Proses və təfərrüatlar barədə məlumat verə bilmərəm, amma yaxın zamanda gözəl xəbərlər yaxşılaşacağımıza ümid edirəm" ifadəsini işlədib.

Cavad Zərif isə öz növbəsində deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İrana bir an əvvəl gəlməsini gözləyirik. Yaxın zamanda bunanla bağlı tarixi dəqiqləşdirəcəyik.

"İran və Türkiyənin Qafqazdakı əməkdaşlığı bölgədəki bir çox ölkənin xeyrinə olacaq" deyə bildirən Zərif deyib:

"İran və Türkiyə arasında əməkdaşlıq sahəsinin əhatə dairəsi çox genişdir. ABŞ-ın daha məntiqli mövqe ortaya qoyması ilə əlaqələri genişləndirəcəyik".

Prezident Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. 

İstanbulda Vəhdətdin köşkündə keçirilən görüşdə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Görüş mətbuata qapalı keçirilir.



Әlaqәli Xәbәrlәr