Türkiyənin Gürcüstana hərbi avadanlıq dəstəyi

Milli Müdafiə Nazirliyi Gürcüstan Müdafiə Nazirliyinə lazer məsafəölçən cihazları və bir sıra mühəndislik avadanlığı hədiyyə edib.

1569861
Türkiyənin Gürcüstana hərbi avadanlıq dəstəyi

Milli Müdafiə Nazirliyi Gürcüstan Müdafiə Nazirliyinə lazer məsafəölçən cihazları və bir sıra mühəndislik avadanlığı hədiyyə edib.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatında Tiflisdəki Müdafiə Nazirliyində təşkil edilən mərasimə Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargah Strateji Planlaşdırma İdarəsi Müdiri polkovnik İoseb Nikoleişvili ilə Türkiyənin Tbilisi Səfirliyi Hərbi Attaşesi polkovnik Burak Altinerin qatıldığı bildirilib. 

Məlumatda daha əvvəl Türkiyə və Gürcüstan hökumətləri arasında imzalanan Hərbi-Maliyyə Əməkdaşlıq Sazişi çərçivəsində lazer məsafəölçən cihazlar və mühəndislik avadanlığı təslim sənədinin Nikoleişvili ilə Altıner tərəfindən imzalandığına dair məlumat yer alıb. 

Məlumatda texniki avadanlıqların Gürcüstan Müdafiə Qüvvələrinin döyüş və mühəndislik hissələrinə təqdim ediləcəyinə və onlara tapşırılan vəzifələrin təsirli şəkildə yerinə yetirilməsini asanlaşdıracağına diqqət çəkilib.
Milli Müdafiə Nazirliyi Gürcüstanın Müdafiə Nizarliyinə 35 "BMC Neocity" 8,5 metrlik dizel avtobus, 12 zirehli iş maşını və müxtəlif aparatlar 27 noyabr 2020-ci ildə də hədiyyə etmişdi.



Әlaqәli Xәbәrlәr