Özüyeriyən haubitsa və artilleriya qurğusu Türkiyә Silahlı Qüvvәlәrinә tәhvil verilib

Yerli vә milli imkanlarla istehsal edilәn özüyeriyən haubitsa və artilleriya qurğusu milli müdafiә naziri Hulusi Akarın iştirak etdiyi mәrazimdә Türkiyә Silahlı Qüvvәlәrinә tәhvil verilib.

1569496

Mәlumata görә, Hulusi Akar, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr, Quru Qoşunları komandanı Ümit Dündar vә milli müdafiә nazirinin müavini Muhsin Dere  haubitsa  vә artilleriya qurğusunun istehsal edildiyi zavoda baş çәkib.

Milli müdafiә naziri Hulusi Akar müdafiә sәnayesi başda olmaqla xәricә olan asılılığı aradan qaldırmağın әhәmiyyәtini vurğulayıb.

Prezident Rәcәb Tayyib Әrdoğanın liderliyindә hәyata keçirilәn iddialı fәaliyyәtlәrlә müdafiә sәnayesindә әhәmiyyәtli uğurlara imza atıldığını bildirәn Hulusi Akar BMC şirkәti tәrәfindәn istehsal olunan zirәhli avtomobillərin yer aldığı sәrgini dә gәzib. Burada tәşkil edilәn imza mәrasimi ilә istehsalı sona çatdırılan özüyeriyən haubitsa və artilleriya qurğusu Türkiyә Silahlı Qüvvәlәrinә tәhvil verilib.

Әlaqәli Xәbәrlәr