Hulusi Akar ‘‘İstanbul’’ freqatının dәnizә buraxılması ilә bağlı keçirilәn mәrasimdә çıxış edib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar MİLGEM (Milli gәmi) layihәsinin 5-ci gәmisi olan ‘‘İstanbul’’ freqatının dәnizә buraxılması ilә bağlı keçirilәn mәrasimdә çıxış edib.

1569631

Çıxışında Yunanıstanla keçirәcәklәri görüşlәrә toxunan Hulusi Akar deyib: ‘‘Ümid edirik ki, mәsәlәlәr hüquq, qanun vә әdalәt çәrçivәsindә hәll edilәcәk. Xüsusi coğrafi şәraitin hökm sürdüyü qapalı Egey dәnizindә ölkәmizin hüquqları vә maraqları var. Bu sәbәbdәn qonşumuzun Türkiyәnin Egey vә Şәrqi Aralıq dәnizlәrindәki hüququna hörmәt göstәrmәsini gözlәyirik’’.

Әlaqәli Xәbәrlәr