Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (20 yanvar)

Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 159 ölüm faktı qeydə alınıb.

1567755
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (20 yanvar)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 159 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 24 min 487 nәfәrә çatıb.

Ölkədə 168 min 894 nəfər testdən keçirilib. Onlardan 6 min 435 nəfərdə virus əlaməti aşkarlanıb, 752 nəfər müalicəyə cəlb olunub. 

Sağalan 5 min 932 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək  2 milyon 283 min 919 nəfər müalicə olunub. 

Digər tərəfdən, Səhiyyə naziri Fahrettin Kova 85 yaşdan yuxarı olan vətəndaşların peyvəndlənməsinə bu gün başlanacağını bildirib. 

Nazir Koca Elmi Komitə ilə yığıncağından sonra verilən bəyanatda "Mümkün olan ən yaxın zamanda ən çox vətəndaşımızın peyvəndlə təmin oluna bilməsi üçün bütün şərtləri işə daxil etmək üçün cəhd edirik" deyib. 
Bundan əlavə bu gün əczaxana və əczaxana anbarlarında işləyənlər ilə əczaçılıq fakultələrinin təcrübə keçən tələpələrin də peyəndlənməsinə başlanacaq.

 

 


Etiketlәr: #koronavirus , #Türkiyə

Әlaqәli Xәbәrlәr