"Eren-2 Lice əməliyyatı" başladılıb

2 min 24 personalın iştirakı ilə "Eren-2 Lice əməliyyatı" başladılıb.

1567285
"Eren-2 Lice əməliyyatı" başladılıb

2 min 24 personalın iştirakı ilə "Eren-2 Lice əməliyyatı" başladılıb.

Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, terror təşkilatı PKK/KCK-nı ölkənin gündəmindən tamamilə çıxarmaq və bölgədə olduğu qəbul edilən terrorçuları zərərsizləşdirmək məqsədi ilə birincisi Tendürekdə başlayan "Eren" əməliyyatları davam edir.

Bu çərçivədə jandarma komandoları, jandarma xüsusi hərəkat (JÖH), polis xüsusi hərakat (PÖH) və təhlükəsizlik işçilərindən təşkil tapan 116 əməliyyat qrupu, 2 min 24 personalın iştirakı ilə "Eren-2 Lice əməliyyatı" başladılıb.

Açıqlamada ölkədəki terroru aradan qaldırmaq məqsədi ilə 11 yanvarda başlayan "Eren" əməliyyatlarının xalqın dəstəyi ilə inanclı və qətiyyətli şəkildə müvəffəqiyyətlə davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr