Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (19 yanvar)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 167 ölüm faktı qeydə alınıb.

1566880
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (19 yanvar)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 167 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 24 min 328 nәfәrә çatıb.

Ölkədə 175 min 133 nəfər testdən keçirilib. Onlardan 6 min 818 nəfərdə virus əlaməti aşkarlanıb, 761 nəfər müalicəyə cəlb olunub. 

Sağalan 7 min 218 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək  2 milyon 277 min 987 nəfər müalicə olunub.

Digər tərəfdən, səhiyyə naziri Fahrettin Koca "Covid-19" əlayhinə peyvəndlənmədə 90 yaş və yuxarı olan vətəndaşlar üçün də proqramın bu gün start aldığını bildirib. 

Ölkə indiyedek 833 minden artıq tibb işçisi peyvnd olunub, bu günden  qocalar evləri, əlillər və bərpa mərkəzlərinin sakinləri və bu sahələrdə xidmət edən şəxslərin kütləvi peyvəndlənməsinə  də bu gün başlanıb. 



Әlaqәli Xәbәrlәr