Türkiyә, Azәrbaycan vә Pakistan XİN rәhbәrlәri bәyannamә imzalayıb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyә, Pakistan vә Azәrbaycan arasındakı münasibәtlәri inkişaf etdirmәk mәsәlәsindә razılıq әldә etdiklәrini bildirib.

1563198
Türkiyә, Azәrbaycan vә Pakistan XİN rәhbәrlәri bәyannamә imzalayıb

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyә, Pakistan vә Azәrbaycan arasındakı münasibәtlәri inkişaf etdirmәk mәsәlәsindә razılıq әldә etdiklәrini bildirib.

Mövlud Çavuşoğlu deyib: ‘‘Tәhlükәsizlik, sabitlik vә rifahı yaxşılaşdırmaq üçün әhәmiyyәtli addımlar atmağa qәrar verdik’’.

Mövlud Çavuşoğlu Pakistanın paytaxtı İslamabadda tәşkil edilәn Türkiyә, Azәrbaycan vә Pakistan xarici işlәr nazirlәrinin iclasından sonra baş tutan birgә mәtbuat konfransında çıxış edib.

Görüşdә bir sıra sahәdә birgә işlәmәk mәsәlәsindә qәrar qәbul etdiklәrini vurğulayan Mövlud Çavuşoğlu deyib: ‘‘Tәhlükәsizlik, sabitlik vә rifahı yaxşılaşdırmaq üçün әhәmiyyәtli addımlar atmağa qәrar verdik. Zirvә görüşümüzün ilkini 2017-ci ildә Bakıda hәyata keçirmişdik. İndi növbә Türkiyәdәdir. Bu gün bu formatdakı iclasları tez-tez keçirmәyә qәrar verdik’’.

Mövlud Çavuşoğlu Pakistan xarici işlәr naziri Şah Mahmud Qureyşi vә Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramovla keçirdiklәri üçtәrәfli iclasda ölkәlәr arasında әlaqәlәrin inkişaf etdirilmәsinin әhәmiyyәtinә dә toxunduqlarını ifadә edib. Mövlud Çavuşoğlu deyib: ‘‘Xüsusilә nәqliyyat vә enerji sahәlәrindә infrastrukturun inkişaf etdirilmәsinin әhәmiyyәtindәn danışdıq’’.

Pakistan xarici işlәr naziri Şah Mahmud Qureyşi dә ölkәsi ilә  Türkiyә vә Azәrbaycan arasında dostluq münasibәtlәri olduğunu bildirib. Görüşdә ticarәt, investisiya, tәhlükәsizlik, strateji vә siyasi әmәkdaşlıq mәsәlәlәrini müzakirә etdiklәrini vurğulayan Qureyşi üç ölkәnin çox sayda mövzuda oxşar düşüncәlәrә vә maraqlara malik olduğunu dilә gәtirib.

Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramov da öz növbәsindә bildirib ki, Pakistan vә Türkiyә şirkәtlәrini işğaldan azad etdiyimiz torpaqların yenidәn inşasına qatılmağa dәvәt edirik.

Mәtbuat konfransından sonra Türkiyә, Azәrbaycan vә Pakistan arasında siyasi, iqtisadi, sülh vә tәhlükәsizlik sahәlәri başda olmaqla bir sıra mövzuda әmәkdaşlığın güclәnmәsini tәmin edәcәk ‘‘İslamabad Bәyannamәsi’’ imzalanıb.



Әlaqәli Xәbәrlәr