M. Şentop: "Ölkəmiz hər sahədə olduğu kimi texnologiya sahəsində də inkifaşını davam etdirəcək"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop orbitə buraxılan Türkiyənin 5-ci nəsil rabitə peyki "Türksat 5A" ilə əlaqədar paylaşım edib.

1559946

Şentop "Twitter"da etdiyi paylaşımda Türkiyənin 5-ci nəsil süni peyk "Türksat 5A"-nın kosmosa fırladıldığını ifadə edərək, "Prezidentimizin rəhbərliyi altında ölkəmiz hər sahədə olduğu kimi texnologiyada da gələcəyini qurmağa davam edəcək" ifadələrini işlədib.

Türkiyənin növbəti süni peyki - “Türksat 5A” yanvarın 8-də Türkiyə vaxtı ilə saat 5:15-də ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan orbitə göndərilib.

Әlaqәli Xәbәrlәr