Yunanıstana məxsus iki sahil təhlükəsizlik ünsürü Türkiyənin ərazi sularından sürülərək çıxarılıb

Sahil Təhlükəsizlik Qüvvələri nizamsız miqrantları geri itələyən Yunanıstana məxsus iki sahil təhlükəsizlik ünsürünün pozduqları Türkiyənin ərazi sularından sürülərək çıxarıldığını bildirib.

1559294

Sahil Təhlükəsizlik Qüvvələrinin "Twitter" hesabından yayılan məlumatda yanvarın 6-da Türkiyə vaxtı ilə Yunanıstan sahil mühafizesi  ünsürünün Kardak qayalıqları bölgəsində Türkiyənin ərazi sularını pozduğu qeyd edilib.

Türkiyənin 4 sahil mühafizə gəmisi tərəfindən həyata keçirilən mane olunma manevrlərilə Yunanıstanın 2 sahil mühafizə ünsürünün Türkiyənin ərazi sularından çıxarıldığı qeyd edilən açıqlamada mane olma əsasında Türkiyə sahil mühafizə gəmisi ilə Yunanıstan sahil mühafizə gəmisi arasında sürtünmə yaşandığı ifadə edilib.

Açıqlamada Sahil Təhlükəsizlik Qüvvələrinin dənizlərin təhlükəsizliyini təmin etmək üçün 7/24 saat vəzifə yerinə yetirdiyi vurğulanıb.

Paylaşmada "Beynəlxalq hüquqa zidd olaraq sərhəd tanımayan, nizamsız miqrantları davamlı olaraq Türkiyənin ərazi sularına itələyən Yunanıstan ünsürləri bu dəfə pozduqları ərazi sularımızdan qovuldu" ifadələri yer alıb.

Әlaqәli Xәbәrlәr