TBMM-nin sədri Mustafa Şentop ABŞ-da baş verən hadisələrə münasibət bildirib

Mustafa Şentop, İbrahim Kalın, Fahrettin Altun və Volkon Bozkır ABŞ-da baş verən hadisələrə münasibət bildiriblər.

1559000
TBMM-nin sədri Mustafa Şentop ABŞ-da baş verən hadisələrə münasibət bildirib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ABŞ-da baş verən hadisələri narahatlıqla izlədiklərini, tərəfləri ilkin planda sakit olmağa dəvət edildiklərini bildirib.

Şentop sosial media hesabındakı paylaşımında ABŞ-da prezident seçkilərindən sonra baş verən və yanvarın 5-də Konqres binasına nümayişçilərin girməsinə qədər gedib çıxan hadisələri qiymətləndirib.

Mustafa Şentop "ABŞ-da baş verənləri narahatlıqla təqib edirik, tərəfləri ilkin planda sakit olmağa dəvət edirik. Hər zaman hüquq və demokratiya içində problemlərin həll ediləcəyinə inanırıq. Türkiyə olaraq hər zaman hüquq və demokratiyanın tərəfdarıyıq. Hər kəsə də bunu məsləhət görürük" ifadələrindən istifadə edib.

BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır da ABŞ Konqresinə yanvarın 6-da prezident Donald Trampın tərəfdarlarının basqın etməsindən sonra baş verən hadisələrdən kədərləndiyini və narahat olduğunu bildirib.

Bozkır "Twitter" hesabından "ABŞ dünyanın ən böyük demokratik ölkələrindən biridir. İnanıram ki, belə kritik bir zamanda ev sahibi ölkəmizdə demokratik proseslərdə sülh və ehtiramın qələbə qazanacaq" deyə qeyd edib.

Prezidentin Aparatının sözçüsü İbrahim Kalın "Twitter" hesabında ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Donald Trampa dəstək nümayişi keçirən bir qrup nümayişçinin polis barrikadasını keçərək Konqres binasına girdiyini bildirib.

"ABŞ-dakı hadisələri narahatlıqla izləyirik" ifadəsini işlədən Kalın eyni açıqlamasının ingilis dilindəki versiyasını da paylaşıb.

Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fahrettin Altun "Twitter" hesabında paylaşım edərək, "ABŞ-da demokratiyanın bütün qurum və təamüllərilə ən qısa müddətdə fəaliyyətə başlayacağına inamımızı qoruyuruq" ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr