"Sülh çeşməsi" əməliyyatı bölgəsində beş terrorçu zərərsizləşdirilib

Suriyada "Sülh çeşməsi" əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK/YPG üzvü beş terrorçu zərərsizləşdirilib.

1559368
"Sülh çeşməsi" əməliyyatı bölgəsində beş terrorçu zərərsizləşdirilib

Suriyada "Sülh çeşməsi" əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK/YPG üzvü beş terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin (MMN) verdiyi bəyanatda terrorçuların "Sülh çeşməsi" bölgəsinə hücum etməyə cəhd etdikləri bildirilib.

Bəyanatda "Sülh çeşməsi" bölgəsinə hücum etmək istəyən 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi qeyd olunub.

Digər tərəfdən, Daxili İşlər Nazirliyinin verdiyi bəyanatda terror təşkilatından təlqinlə təslim olanların yeni ildə də davam etdiyi bildirilərək, 2021-ci ilin ilk təlqinlə təslim hadisəsinin qeydə alındığı vurğulanıb.

Daxili İşlər Nazirliyinin koordinasiyasında Jandarma Komandanlığı və Polis İdarəsinin cəndlərilə PKK-dan qaçan terror təşkilatına mənsub daha bir terroçunun bu gün Türkiyəyə daxil olaraq təhlükəsizlik güclərinə təslim olduğu vurğu bildirilib. 

Bəyanatda sözügedən terrorçunun 2014-cü ildə PKK-ya qoşulduğu və Suriyada fəaliyyət göstərdiyinin müəyyən olunduğu vurğulanıb.

Suriyada "Sülh çeşməsi" bölgəsindən qaçmağa cəhd edən bölücü terror təşkilatı PKK/YPG üzvü olan 8 terrorçu gizlədikləri tuneldə zərərsizləşdirilib..

Milli Müdafiə Nazirliyinin (MMN) verdiyi bəyanatda "Qəhrəman komandolarımız "Sülh çeşməsi" bölgəsinə hücum etməyə və soxulmağa cənd göstərən PKK/YPGnin 7 terrorçusunu yanvarın 6-da zərərsizləşdirdi. Bölgədən qaçmağa cəhd edən daha 8 PKK/YPG terrorçusunu izləyən komandolarımız gizləndikləri tuneldəki terrorçuları zərərsizləşdirdi" ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr