Türkiyədəki 100 iraqlı qaçqın ölkəsinə qayıdıb

İraqda terror təşkilatı DEAŞ-ın hücumları səbəbindən altı il əvvəl ev-eşiklərindən didərgin düşən və Türkiyəyə sığınan 100 qaçqın könüllü olaraq yaşadıqları şəhərlərinə qayıdıb.

1556400

İraq Mühacirət və İmmiqrasiya Nazirliyi tərəfindən verilən bəyanatda Nazirlik ilə İraqın Ankara Səfirliyinin koordinasiyası ilə qaçqınların avtobuslarla könüllü olaraq əvvəllər yaşadıqları şəhərlərə döndükləri ifadə edilib.

Bəyanatda qaçqınların Mosul, Ənbar və Səlahəddin şəhərlərinə getdikləri və bu şəhərlərdə sabitliyin və təhlükəsizliyin təmin edildiyi vurğulanıb.

Qeyd edək ki, terror təşkilatı DEAŞ-ın 2014-cü ilin iyun ayında İraqın üçdə birini işğal etməsi və sonra yaranan qarşıdurmalar səbəbiylə 5 milyondan çox iraqlı evlərini tərk edərək daha təhlükəsiz gördükləri şimal və cənubdakı şəhərlərə sığınmaq məcburiyyətində qalmışdı.

İraqın 2017-ci ilin dekabrında DEAŞ-dan təmizləndiyini və bütün şəhərlərin təşkilatdan geri alındığının elan edilməsinə baxmayaraq, daxili miqrasiya statusu olan yüz minlərlə iraqlı hələ də münaqişə zamanı dağılmış bölgələrin yenidən qurulmaması səbəbi ilə evlərinə qayıda bilmir.

Әlaqәli Xәbәrlәr