İbrahim Kalın 2020-ci ildә yaşanan hadisәlәrin qiymәtlәndirildiyi iclasa sәdrlik edib

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın Suriya vә İraqda PKK, PYD/YPG vә DEAŞ kimi terror tәşkilatları ilә mübarizәnin müvәffәqiyyәtlә davam etdirildiyini söylәyib.

1554960
İbrahim Kalın 2020-ci ildә yaşanan hadisәlәrin qiymәtlәndirildiyi iclasa sәdrlik edib

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın Suriya vә İraqda PKK, PYD/YPG vә DEAŞ kimi terror tәşkilatları ilә mübarizәnin müvәffәqiyyәtlә davam etdirildiyini söylәyib.

İbrahim Kalın videokonfrans formatında tәşkil edilәn Prezident Aparatının Tәhlükәsizlik vә Xarici Siyasәt heyәtinin iclasına sәdrlik edib.

Yeni növ koronavirus epidemiyasının gündәmә gәldiyi iclasda Türkiyәnin virusla mübarizә çәrçivәsindә xarici ölkәlәrә verdiyi dәstәk vurğulanıb vә Türkiyәnin bu çәrçivәdәki siyasәtini 2021-ci ildә dә davam etirәcәyi bildirilib.

Şәqi Aralıq dәnizindә yürüdülәn qәtiyyәtli siyasәt nәticәsindә Türkiyәnin milli maraqlarının qorunduğu ifadә edilәn iclasda Suriya vә İraqda PKK PYD/YPG vә DEAŞ kimi terror tәşkilatları ilә mübarizәnin müvәffәqiyyәtlә davam etdirildiyi vә bölgәnin tәhlükәsizliyi vә sabitliyinә töhfә verildiyi vurğulanıb. İclasda hәmçinin terror tәşkilatı FETÖ ilә mübarizәnin dünәn olduğu kimi buğun vә sabahda qәtiyyәtlә davam etdirilәcәyi bildirilib.

İclasda Türkiyәnin hәrbi müqavilәlәr çәrçivәsindә Azәrbaycanın yanında olması vә Dağlıq Qarabağda әldә olunan qәlәbәdәki tәsirlәri dә müzakirә edilib.

Qeyd edәk ki, iclasda hәmçinin Türkiyәdә kәşf edilәn tәbii qaz yataqları, İngiltәrә ilә imzalanan azad ticarәt müqavilәsi, Avropa İttifaqı vә Amerika Birlәşmiş Ştatları ilә münasibәtlәr kimi mövzular  da qündәmә gәlib.



Әlaqәli Xәbәrlәr