Hulusi Akar: "2020-ci ildə 3 min 646 terrorçu zərərsizləşdirilib"

Cari il ərzində ölkə daxilində və sərhəddən kənarda həyata keçirilənn 200-dən çox əməliyyatda bölücü terror təşkilatı PKK üzvü olan 3 min 646 terrorçu zərərsizləşdirilib.

1554489
Hulusi Akar: "2020-ci ildə 3 min 646 terrorçu zərərsizləşdirilib"

Cari il ərzində ölkə daxilində və sərhəddən kənarda həyata keçirilənn 200-dən çox əməliyyatda bölücü terror təşkilatı PKK üzvü olan 3 min 646 terrorçu zərərsizləşdirilib.

Bu barədə Milli Müdafiə naziri Akarın başçılığında dekabrın 29-da Baş Qərargah rəisi general Yaşar Gülər, Qüvvələrin komandanları və nazir müavinlərinin iştirakı ilə 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirilib. 

Konfransda müdafiə və təhlükəsizlik məsələlərini qiymətləndirən nazir Akar terrorla mübarizədə il boyunca qazandığı uğurlara da toxunub.

"İl ərzində ölkədə və sərhəddən kənarda 200-dən çox əməliyyat həyata keçirdik. Uğurlu əməliyyatlar nəticəsində ümumilikdə 3 min 646 terrorçu ölkə daxilində və sərhəddən kənarda zərərsizləşdirildi. Zərərsizləşdirilən terrorçular arasında təşkilatın dırnaqarası lider heyəti adlanan qrup rəhbərləri də var. 24 iyul 2015-ci ildə terrorçularla mübarizədə başlayan yeni prosesdə indiyədək zərərsizləşdirilən terrorçuların ümumi sayı 30 min 416-ya çatdı" deyə Hulusi Akar vurğulayıb.

Həmin əməliyyatlarda terror təşkilatı tərəfindən istifadə edilən mövqelərin və sığınacaqların məhv edildiyini ifadə edən Akar "Ölkə daxilində, sərhəddən kənarda terrorçuların sığındıqları mağaralar, yerlər hamısı məhv edildi, hələ də məhv edilir" deyib.



Әlaqәli Xәbәrlәr