Mövlud Çavuşoğlu: "Sanksiya bizim suveren hüquqlarımıza hücumdur"

Xarici işlər naziri Çavuşoğlu, sanksiya təhdidlərinə qarşısı Türkiyənin geri addım atmasının mümkün olmadığını vurğulayıb.

1554032
Mövlud Çavuşoğlu: "Sanksiya bizim suveren hüquqlarımıza hücumdur"

Türkiyə-Rusiya Birgə Strateji Planlama Qrupu 8-ci iclasına qatılmaq üzrə Rusiyada səfərdə olan Mövlud Çavuşoğlu Soçi şəhərində rusiyalı həmkarı Sergey Lavrov ilə birgə mətbuat konfransı təştil edib.

Çavuşoğlu mətbuata açıqlamasında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyada S-400 hava hücumundan müdafiə sistemlərin tədarükünü səbəb göstərərək Türkiyəyə qarşı CAATS (ABŞ düşmənlərinə qarşı sanksiya yolu ilə mübarizə) sanksiya qərarına münasibət bildirib: “Bu sanksiya suveren hüquqlarımıza hücum hesab edilir. Hər kəs idrak etməlidir ki, Türkiyə sanksiya təhdidləri qarşısında yolundan geri qayıtmaz”.

Türkiyənin Liviyaya  dəstək verdiyinə də işarə edən Çavuşoğlu Hafter başda olmaqla heç kəsin Türkiyənin dəstəyinə müdaxilə haqqının olmadığını qeyd edib. Türkiyə-Rusiya ticarət əlaqələrinə də toxunan nazir Çavuşoğlu Türkiyədən Rusiya Federasiyasına pomidor ixracına dair kvota nisbətinin artırılacağını bildirib.

Sergey Lavrov da  öz  növbәsindә: “ABŞ-ın qanunsuz  sanksiyalarına baxmayaraq  Türkiyә ilә Rusiya  arasındaki hərbi  texnika  sahәsindә  әmәkdaşlığımız davam edәcәk”.

Rusiyanın Xarici İşlə naziri  Sergey Lavrov da etdiyi çıxışda Rusiya istehsalı havadan müdafiə sistemi alması səbəbilə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etmə qərarına görə, "hüquqsuz sanksiyalar qarşısında Ankara ilə hərbi-texniki birliyi"ni davam etdirəcəklərini" söyləyib.
Rəsmi Vaşinqtonun Ankaraya ciddi şəkildə təzyiq etdiyini, bunu da qeyri-qanuni yollarla etdiyini dilə gətirən Lavrov, bununla birlikdə Türkiyənin vaz keçmədiyini, bunun da də təqdirəlayiq olduğunu vurğulayıb.

Lavrov Türkiyə ilə Rusiya münasibətlərinin Qərbin sanksiyalarından asılı olmadığını bildirərək, "Türkiyə ilə Rusiya arasındakı münasibətlər son dərəcə dəyərlidir. Münasibətlərimiz heç kimin aqresiv mövqeyindən və şıltaqlığından asılı deyil" deyib.

Dağlıq Qarabağ məsələsini də müzakirə etdiklərini söyləyən Lavrov Qarabağdakı vəziyyətin heç kim tərəfindən istismar edilməməsi barədə Türkiyə ilə razılaşdıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr