İlin son kabinet iclası

İlin son kabinet iclası Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək.

1552915
İlin son kabinet iclası

İlin son kabinet iclası Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək.

İclasda yeni növ koronavirus (Covid-19) ilə mübarizədəki son vəziyyət, həyata keçiriləcək yeni tədbirlər, peyvəndlənmə qrafiki və müalicə prosesi müzakirə ediləcək.

Səhiyyə naziri Fahrettin Kocanın ətraflı məlumat təqdim edəcəyi iclasda Elmi Komitənin tövsiyələri kabinet üzvləri ilə paylaşılacaq.

İclasdan sonra diqqət mərkəzində elan ediləcək yeni tədbirlər olacaq.

İclasda Çin və Almaniyadan gətiriləcək peyvəndlərlə tətbiq olunacaq təqvim dəqiqləşdiriləcək.

Xalqın koronavirusa qarşı peyvəndlə əlaqədar maarifləndirmə səyləri də müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr