Hulusi Akar Liviyada vəzifə icra edən Türk əsgərlərilə bir araya gəlib

Milli Müdafiə naziri Hulusi Akar Liviyadakı Türkiyənin hərbi qüvvələrinə qarşı hər hansı hücum cəhdində qatil Xəlifə Hafter ünsürlərinin hər yerdə qanuni hədəf olaraq görüləcəyini söyləyib.

1552626
Hulusi Akar Liviyada vəzifə icra edən Türk əsgərlərilə bir araya gəlib

Milli Müdafiə naziri Hulusi Akar Liviyada vəzifə icra edən Türkiyənin hərbi qüvvələrinə qarşı hər hansı hücum cəhdində qatil Xəlifə Hafter ünsürlərinin hər yerdə qanuni hədəf olaraq görüləcəyini söyləyib.

Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və digər ordu komandanları ilə rəsmi səfərdə olduğu Liviyada vəzifə yerinə yetirən Mehmetçik ilə görüşüb və yemək yeyib.

Əsgərlərə müraciət edən Akar 83 milyonun təhlükəsizliyi üçün vəzifə icra edən Türkiyə Silahlı Qüvvələri Liviya, Azərbaycan və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti kimi dost və qardaş ölkələrin təhlükəsizliyinə dəstək təmin etmək üçün əlindən gələn cəhdi göstərdiyini dilə gətirib, Türkiyənin başda qonşuları olmaqla ölkələrin siyasi birliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

Milli Həmrəylik Hökumətinin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan Liviyanın qanuni hökuməti olduğunu qeyd edən Akar "Liviyada əsas problem Hafter qrupu və tərəfdaşlarıdır, problem buradan qaynaqlanır" deyib.

Türkiyə Silahlı Qüvvələrinin Liviyada qəbul edilən razılaşma daxilində hərbi təlim, əməkdaşlıq və müşavirlik fəaliyyətləri həyata keçirdiyini ifadə edən Akar fəaliyyətlər nəticəsində təxminən 3 min liviyalının təlim keçdiyini söyləyib.

Akar Türkiyənin haqlı mübarizəsində liviyalı qardaşlarının yanında olduğunu da bir daha dilə gətirib.

Qeyd edək ki, Hulusi Akar dünən Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, hava və dəniz qüvvələri komandirləri ilə birgə Liviyaya səfər edib.



Әlaqәli Xәbәrlәr